Rusiyada ABŞ Prezidenti Co Bayden haqqında serial çəkilir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Baydeni Dmitri Dyujev canlandıracaq.
Hekayədə Bayden sanksiyaları qiymətləndirmək üçün Rusiyaya uçur, sənədlərini itirir, yerli “vətənpərvər”lə tanış olur və ABŞ-a qayıtmaq üçün pula qənaət etmək üçün Xruşşov dövründəki binada ingilis dili müəllimi kimi işləməyə başlayır.
Serialın ekranlara çıxacağı tarix açıqlanmayıb.