Universitetlərə qəbul olanlar üçün qeydiyyat başladı

11:06 - 28 Avqust 2024

Universitetlərə qəbul olanlar üçün qeydiyyat başladı

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb.

 

Manset.az xəbər verir ki, abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az