Azərbaycan XİN-dən Aİ-nin qərəzli və ədalətsiz bəyanatına CAVAB
12 Sentyabr 2024
11:39 - 4 Sentyabr 2024
Fransanın keçmiş Baş naziri Eduard Filip prezidentliyə namizədliyini irəli sürəcək.
Manset.az xəbər verir ki, bu barədə o, "Le Point"-ə müsahibəsində məlumat verib.
“Namizədliyimi növbəti prezident seçkilərində irəli sürəcəyəm”,- o bildirib.
Qeyd edək ki, Eduard Filip Fransada 2017-2020-ci illərdə Baş nazir vəzifəsini icra edib.
Xatırladaq ki, Fransada növbəti prezident seçkiləri 2027-ci ilin aprelində keçiriləcək.
Konstitusiyanın 6-cı maddəsinə əsasən, prezident ardıcıl üçüncü dəfə seçilə bilməz, ona görə də hazırkı dövlət başçısı Emmanuel Makron namizədliyini irəli sürə bilməyəcək.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin