“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
13 Oktyabr 2024
14:24 - 5 Sentyabr 2024
AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İntizam Komitəsinin iclası zamanı Azərbaycan Premyer Liqasında (APL) çıxış edən dörd komanda cəzalandırılıb.
Manset.az xəbər verir ki, 30 avqust 2024-cü il tarixində APL-in V turunun "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib.
Bundan başqa 31 avqust 2024-cü il tarixində keçirilən "Şamaxı" - "Neftçi" görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Şamaxı" klubu 800 manat cərimə olunub.
Gəncə şəhərinin təmsilçisi "Kəpəz" də eyni aqibətlə üzləşib. Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Sabah" oyununda meydana azarkeş girdiyi üçün Gəncə təmsilçisi 800 manat dəyərində cəzalandırılıb.
Turun mərkəzi görüşü hesab olunan "Zirə" - "Qarabağ" oyununun 29-cu dəqiqəsində "Zirə" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Zirə" klubuna xəbərdarlıq edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin