Prezidentdən mühüm FƏRMAN
9 Oktyabr 2024
11:54 - 17 Sentyabr 2024
Tailandın Baş naziri Fetonq Tan Şinavatra BRİKS-in Kazanda keçirilən sammitində Tailand nümayəndə heyətinə rəhbərlik edə bilər.
Manset.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqkun brifinqdə rusiyalı jurnalistlərin sualını cavablandırarkən bildirib.
Məlumata görə, onun iştirakı məsələsi müzakirə olunur.
“Hazırda Baş nazirin BRİKS sammiti üçün Kazana gedib-getməməsi məsələsi müzakirə olunur və onun sammitə gedəcəyi ilə bağlı ilkin şərtlər var, mən indi dəqiq təsdiq verə bilmərəm, amma deyə bilərəm ki, Baş naziri müşayiət edəcək nümayəndə heyətinin tərkibi də müzakirə mövzusudur".
Xatırladaq ki,Tailandın xarici işlər naziri Marit Sanqyamfonq iyun ayında Nijni Novqorodda Rusiyanın xarici işlər naziri Sergey Lavrova krallığın BRİKS-in tamhüquqlu üzvü olmaq niyyəti barədə məktub təqdim etmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin