Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin adından dələduzluq edilib.
Manset.az xəbər verir ki, bu haqda futbolçu özü məlumat yayıb. O bildirib ki, adından istifadə edərək insanlardan pul yığırlar:
"Hörmətli izləyicilərim, eşitdiyimə görə mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər. Xahiş edirəm, belə dələduzlura inanmayın. Bir də belə bir halla qarşılaşsanız, aidiyyatı qurumlara müraciət edin".