“Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Bu iclasda iştirak edən Ölkə Prezidenti İlham Əliyev söylədiyi nitqində bu il Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə önəmli açıqlamalar verməklə yanaşı, ölkənin qarşısında duran əsas vəzifələr, eləcə də digər vacib məsələlər barədə mühüm fikirlər səsləndirdi”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, builki seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən tarixi hadisə kimi qiymətləndirilməlidir. “Cənab Prezident bununla bağlı İkinci Qarabağ müharibəsinin və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Həqiqətən də son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri xüsusilə möhkəmlənmiş, ölkəmizin parlaq qələbələr sayəsində əldə etdiyi nəticələri isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət xətti nəticəsində bütün dünya qəbul etmişdir. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən müəyyən ölkələr və dairələr hələ də var. Lakin onların bütün səyləri nə dövlətimizin, nə də xalqımızın iradəsinə qətiyyən təsir edə bilməz.”
Fikirlərini davam etdirən deputat Prezident İlham Əliyevin Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin etmək üçün ölkə qarşısında duran əsas vəzifələrin mahiyyəti barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Cənab Prezident əldə olunan uğur və nailiyyətləri qeyd etməklə yanaşı, eyni zamanda da bildirdi ki, bu gün bizə qətiyyən arxayınlaşmaq, sayıqlığı itirmək olmaz. Azərbaycanın inkişaf etməsi, xalqın bundan sonra da təhlükəsiz həyatının təmin olunması üçün qarşıda duran vəzifələr yüksək effektivliklə icra edilməli, ölkə öz gücünü artırmalıdır. Bu baxımdan ən mühüm vəzifə hərbi gücün artırılmasıdır. Çünki dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, Azərbaycanın ətrafında gərginliyin artması və ən əsası, Ermənistanda revanşizm meyllərinin xaricdən də təhrik olunması ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Dövlət başçımızın dediyi kimi, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Ermənistan və onun arxasında duran bütün qüvvələr bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Buna görə də ölkəmiz hər an istənilən təhdidə layiqli cavab verməyə hazır olmalıdır”.
“Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır” - Kamaləddin Qafarov
09:48 - 25 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 Oktyabr 2026 - 22:38
Özbəkistan daha 2 atom elektrik stansiyası tikməyi planlaşdırır
17 Oktyabr 2026 - 09:05
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
16 Oktyabr 2026 - 23:15
“20 Yanvar” dairəsində DƏYİŞİKLİK OLACAQ
16 Oktyabr 2026 - 23:45
Alyona Əliyeva sərgi açılışından paylaşım etdi
17 Oktyabr 2026 - 00:05
Bu gün Füzulinin işğaldan azad olunmasından 6 il ötür
16 Oktyabr 2026 - 23:55
Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
17 Oktyabr 2026 - 01:00
Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi
16 Oktyabr 2026 - 23:35
Trampın mətbuat katibi vəzifəsində 5 gün qaldı
16 Oktyabr 2026 - 23:03
Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verdi
16 Oktyabr 2026 - 22:28
Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşdı
17 Oktyabr 2026 - 03:00
Döş xərçənginin ilk əlamətləri açıqlandı
16 Oktyabr 2026 - 23:25
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
Xəbər xətti
- 17 Oktyabr 2026
- 22:14 "Fənərbaxça" "Alanyaspor"u məğlub etdi
- 21:49 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
- 21:33 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi
- 21:16 Füzuli teatrı “Tıq-tıq xanım” tamaşası ilə uşaqları sevindirdi - FOTOLAR
- 21:02 "Qarabağ" son dəqiqədə məğlubiyyətdən xilas oldu - YENİLƏNİB
- 20:59 20 yaşlı gənc 5-ci mərtəbədən yıxılaraq öldü - FOTO
- 20:46 Füzulidə növbəti Şəhər Günü keçirilir - FOTOLAR
- 20:32 Bakıda 11 gün əvvəl maşının vurduğu piyada ÖLDÜ
- 20:11 “Müharibədə iştirak edə bilərik” - Baş Qərargah rəisindən xəbərdarlıq
- 19:45 Pakistan-Əfqanıstan sərhədində toqquşma - Ölənlər var
- 19:22 Fulya Öztürk “44”dən danışdı - “Dəqiqələrlə ağladım” - VİDEO
- 19:03 “Qalatasaray” səfərdə qələbə qazandı
- 18:44 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın SAYI
- 18:21 "Sabah" "Qəbələ"yə qalib gəldi
- 18:04 Müstəqilliyin ən yüksək zirvəsi - Tam suverenlik
- 17:45 Bu yollarda duman olacaq - XƏBƏRDARLIQ
- 17:29 Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli
- 17:16 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb
- 16:54 66 yaşlı qadını maşın vurub öldürdü
- 16:33 "Öz yazarını seç” - Onlayn səsverməyə start verilir
- 16:15 Türkiyə və İranın XİN başçıları müzakirə apardılar
- 15:52 Qazaxda 12 yaşlı qızı maşın vurdu - Vəziyyəti ağırdır
- 15:31 Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
- 15:14 “Qarabağ”ı daha şanslı görürəm” - Rauf Əliyev
- 14:52 Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanıldı
- 14:32 Azərbaycanda AĞIR QƏZA - Ölənlər və yaralılar var
- 14:16 Roma Papası xəstəxanadan evə buraxılacaq
- 13:55 NATO-nun Bakıdakı təlimi yekunlaşdı - VİDEO
- 13:42 Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanıldı
- 13:33 Gənc oğlan binadan yıxılıb öldü
- 13:23 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu
- 13:13 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş
- 12:55 Sabaha olan hava PROQNOZU
- 12:45 Paşinyan Japarovla Cənubi Qafqazdakı sülhü müzakirə etdi
- 12:35 Azərbaycan neftinin qiyməti 116 dollara düşdü
- 12:25 Bu avtomobil yolununun bir hissəsi bağlandı
- 12:14 Kitab sərgisinə gedənlərin nəzərinə!
- 12:02 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - SİYAHI
- 11:47 Füzuli – dirçəlişin və müasir şəhərsalmanın nümunəsi
- 11:30 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
- 11:20 Füzulinin Zəfərdən Böyük Qayıdışa uzanan yolu Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirir
- 11:07 “AzerGold” 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olundu - FOTOLAR
- 10:40 YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - FOTOLAR
- 10:30 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı
- 10:18 “Füzuliyə həyat yenidən qayıdır“ - Kamaləddin Qafarov
- 10:00 ““44” filminə mütləq baxmaq lazımdır” - Firəngiz Mütəllimova
- 09:50 Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
- 09:35 Maşın 2 hissəyə bölündü - Xəsarət alan var
- 09:24 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
- 09:05 Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
- 08:30 İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT