“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmiş, nəticədə Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmamışdı.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. “Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində hər zaman deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”
K.Qafarov qeyd edib ki, Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməmiş, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırmışdı. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən müharibənin başlandığı gün- sentyabrın 27-də keçirilir. Nəhayət, bütün bu cinayətlərə son qoymaq və ölkənin suverenliyini tam bərpa etmək məqsədilə Azərbaycan keçən il lokal xarakterli antiterror tədbirlərini keçirməli oldu.Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.”
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:16 - 27 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 Mart 2026 - 09:39
Müdafiə Nazirliyi əhaliyə təcili XƏBƏRDARLIQ ETDİ
16 Mart 2026 - 01:58
"Narahatlığa əsas yoxdur" - MN
16 Mart 2026 - 16:19
Camalın qızı Aynur məcburi məhkəməyə gətirilir
16 Mart 2026 - 18:55
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
16 Mart 2026 - 12:47
Fərman Qurbanlıya yüksək vəzifə verildi
16 Mart 2026 - 15:52
"Liverpul - Qalatasaray" oyunu ilə bağlı MÜHÜM XƏBƏR
16 Mart 2026 - 09:30
AzTV-nin keçmiş əməkdaşı vəfat etdi
16 Mart 2026 - 01:50
Xamenei əslində necə öldürülüb? - Gizli səsyazısı YAYILDI
16 Mart 2026 - 18:02
Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO
16 Mart 2026 - 12:47
İranda 500 nəfər həbs edildi - SƏBƏB
16 Mart 2026 - 13:38
Nura Suri məhkəmədə uduzdu
16 Mart 2026 - 13:48
Cəmşid Əmirov aparat rəhbəri təyin olundu - FOTO
Xəbər xətti
- 17 Mart 2026
- 01:00 "İranla müharibədə 200 ABŞ hərbçisi yaralanıb"
- 00:30 Faciəvi şəkildə ölən müəllimin FOTOSU
- 00:16 "İsrail İranla müharibədə nüvə silahından istifadə etməyəcək"
- 00:01 Bu gün İlaxır çərşənbədir
- 16 Mart 2026
- 23:53 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:46 Sonuncu Qədr gecəsidir
- 23:39 İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu
- 23:24 Aİ XİN rəhbərləri Hörmüzə gəmi göndərməkdən imtina etdi
- 23:11 27-ci günün duası - İmsak və iftar vaxtı
- 22:52 Azad olunmuş torpaqlarda həyat yenidən qurulur - “Böyük Qayıdış” davam edir
- 22:31 İsrail ordusu İran Kəşfiyyat Nazirliyinin komandanlıq mərkəzini vurdu
- 22:14 Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir
- 21:58 "İranda 7 mindən çox hədəfə zərbə endirilib" - Tramp
- 21:49 Pezeşkian Makronla telefonla danışdı
- 21:32 Köçəryan baş nazirliyə namizəd oldu
- 21:16 Xamenei onu özünə müşavir təyin etdi
- 20:59 Zelenski sabah Britaniyaya səfər edəcək
- 20:44 Masazırda qadın iynə vurulduqdan sonra öldü
- 20:28 Məmurlar Hadrutda bir sıra obyektlərə baxış keçiriblər - FOTOLAR
- 20:19 Günəşdə güclü partlayış oldu
- 20:03 İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
- 19:49 Samir Nuriyev məmurları Xocəvənddə topladı - FOTOLAR - YENİLƏNİB
- 19:34 Samir Nuriyev Hadrut məscidində - Fotolar
- 19:24 Azıx mağarasının konsepsiyası təqdim olundu - FOTO
- 19:14 İsrail İranın gizli hərbi mərkəzini vurdu - FOTO
- 19:06 Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı paylaşım - VİDEO
- 19:00 İsmayıl Nadirxanlı mətbuat katibi təyin olundu
- 18:55 Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
- 18:45 Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi
- 18:30 ''Müharibə bitəndən sonra neftin qiyməti sürətlə düşəcək'' - Tramp
- 18:18 Paytaxtda 20 istiqamətdə sıxlıq var - SİYAHI
- 18:02 Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO
- 17:59 "Biz heç bir qonşu ölkəyə hücum etmərik" - İran rəsmisi
- 17:55 “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinqi yekunlaşdı
- 17:48 Polşa Hörmüz Boğazını qoruyacaq?
- 17:45 ETX adından istifadə edən tədris mərkəzlərinə İNANMAYIN
- 17:44 "İrana qarşı hücumlardan 100-dən çox gəmi məhv edildi" - ABŞ
- 17:38 Cənubi Koreya ABŞ-İran müharibəsinə daxil olur?
- 17:37 “Yazın nəfəsi” adlı rəsm sərgisi keçirildi - FOTOLAR
- 17:33 Rusiya Ukraynaya yüzlərlə PUA hücumu etdi
- 17:27 Trampa şok cavab - Razı olmadılar
- 17:27 Məmurlar Xocavəndi gəzdilər - FOTOLAR
- 17:22 Netanyahunun ölüm xəbərini təkzib edən yeni görüntülər yayıldı
- 17:13 İsrailin Livana quru hərəkatından ilk görüntülər
- 17:11 Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
- 17:09 Onlayn kazino oyunları təşkil edənlər saxlanıldı - VİDEO
- 16:52 Prezident bu cərimələri TƏSDİQLƏDİ
- 16:34 Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTO
- 16:30 İlham Əliyev Tokayevi təbrik etdi
- 16:19 Camalın qızı Aynur məcburi məhkəməyə gətirilir
- 15:52 "Liverpul - Qalatasaray" oyunu ilə bağlı MÜHÜM XƏBƏR