"Qan sudan qatıdır"

16:26 - 30 Sentyabr 2024

"Tayvan Çinin müqəddəs ərazisidir. Tayvan Boğazının hər iki tərəfində yaşayan insanlar qanla bağlıdır və qan sudan qatıdır".

 

Manset.az xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Cinpin mətbuata açıqlamasında qeyd edib.

"Tayvan Çinin müqəddəs ərazisidir. Tayvan Boğazının hər iki tərəfində yaşayan insanlar qanla bağlıdır və qan sudan qatıdır. Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibəti ilə biz “vahid Çin” prinsipinə və “1992-ci il konsensusuna” (Honq-Konqda keçirilən tarixi yarımrəsmi görüşdə əldə olunmuş razılaşmalara) əməl etməliyik", - prezident bildirib.

Onun sözlərinə görə, Çin hakimiyyəti Tayvanın müstəqilliyi tərəfdarlarının separatçı əhval-ruhiyyəsinə qətiyyətlə qarşı çıxacaq və onlar adanın materik Çinlə yekun birləşməsinə gətirib çıxaracaq tarixi prosesi dayandıra bilməyəcək.

Qeyd edək ki, Çin-Tayvan münaqişəsi Asiya qitəsinə qədər, Çin Xalq Respublikası ilə Tayvan adasına qədər uzanan suverenlik məsələsidir .

 


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin