Əbu-Dabi Sərvət Fondu Türkiyənin 54 bankı arasında 21-ci ən böyük bank olaraq göstərilən Odeabank-ı almaq üçün danışıqlara başlayıb.
Manset.az bu barədə Haberler-ə istinadən məlumat verir.
Bildirilib ki, sözügedən fond bu gedişlə Türkiyədəki aktivlərini gücləndirmək və bölgədəki təsirini gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, bankın 16 şəhərdə 48 filialı və 1105 işçisi var.