“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsinin gedişində hər bir kəndin, hər bir qəsəbə və ya şəhərin azad edilməsi bizi möhtəşəm Zəfərimizə doğru aparan mühüm qələbə idi. Bununla belə, II Qarabağ savaşının ən əhəmiyyətli günlərindən biri məhz 4 oktyabr tarixidir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, 2020-ci ilin oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. “Dünyanın hərb tarixində ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilirdi. Cəbrayıl əməliyyatının uğurla həyata keçirilməsi Vətən müharibəsinin sonrakı gedişinə də əhəmiyyətli təsir göstərmişdir. Cəbrayıl şəhərinin işğaldan azad olunması taktiki-strateji baxımdan çox böyük önəm kəsb edirdi. Bu parlaq qələbə Azərbaycan Ordusuna o vaxt hələ də işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonları istiqqamətində uğurlu hücum əməliyyatları keçirmək üçün üstün taktiki mövqelərə çıxmaq imkanı verdi. Təsadüfi deyil ki, bu tarixi qələbədən bir il sonra, 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günün bizim tariximizdə əbədi qalacağını xüsusi vurğuladı. Həmin tarixi zəfər günündən artıq dörd il keçir. Dörd ildir ki, Azərbaycan zəfər yolu ilə, dinc quruculuq yolu ilə inamla irəliləyir və öz nailiyyətləri ilə beynəlxalq aləmdə tutduğu mövqelərini möhkəmlətməkdə davam edir.”
Millət vəkili vurğulayıb ki, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu ilk qələbələrini hələ 2016-cı ildə əldə edib: “Əlbəttə ki, Cəbrayılın azad edilməsindən danışarkən, həmin hadisədən dörd il əvvəl, 2016-cı il aprel ayında Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını da mütləq xatırlamaq lazımdır. Ekspertlərin rəyinə görə, tarixə Aprel döyüşləri kimi düşmüş bu hərbi əməliyyat 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasından sonra baş vermiş ən şiddətli silahlı qarşıdurma idi. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı həmin döyüşlərdə də inamlı qələbə qazanmışdı. Aprel döyüşlərinin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, Azərbaycanın önəmli qələbəsi idi. Diqqətəlayiq haldır ki, Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı da məhz Cocuq Mərcanlıdan başlamışdır”.
“Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb” - Kamaləddin Qafarov
10:39 - 04 Oktyabr 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
17 Dekabr 2025 - 18:27
"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - Deputat
17 Dekabr 2025 - 16:15
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
17 Dekabr 2025 - 15:34
Kamran Əliyev bir sıra görüşlər keçirdi - FOTOLAR
17 Dekabr 2025 - 14:50
"Azərbaycan humanizm prinsiplərinə sadiqdir" - Azay Quliyev
17 Dekabr 2025 - 13:20
BƏƏ-də İlham Əliyevin şərəfinə nahar verildi
17 Dekabr 2025 - 12:14
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi
17 Dekabr 2025 - 11:42
Prezident Əbu-Dabidədir - FOTOLAR
17 Dekabr 2025 - 10:54
Baş nazirdən yeni QƏRAR
17 Dekabr 2025 - 09:16
Niyə onu seçdilər? - Mürvət Həsənlinin uğur hekayəsi
16 Dekabr 2025 - 17:40
"“Konstitusiya və Suverenlik İli” çərçivəsində Amnistiya aktı xalqa böyük hədiyyədir"– Deputat
16 Dekabr 2025 - 17:30
Deputatlar yenidən toplaşır - Gündəlikdə 12 məsələ var
16 Dekabr 2025 - 14:40
Daha bir general vəzifəsindən azad edildi – FOTO
Xəbər xətti
- 18 Dekabr 2025
- 10:06 AZAL-dan daha bir yenilik - Sərnişinlər yan oturacağı “bloklaya” bilər
- 09:57 Neftimiz bu gün neçəyə satılır?
- 09:32 Nadir Hüseynovun maşını dayanacağa çırpılıb
- 09:18 Yaradıcı Mərkəz IDDA Awards 2025-də I yerə layiq görüldü
- 09:11 13 ərazidə işıq olmayacaq
- 09:02 Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
- 08:57 Paytaxtın bəzi küçələrində sıxlıq var
- 08:30 Dəmirlə ən zəngin qidalar
- 08:00 İnsanı yavaş-yavaş öldürən 3 qida
- 07:30 Qrip və COVID-i necə fərqləndirək?
- 01:30 Yaş saçlarla yatmaq zərərdir
- 00:30 Niyə tez-tez qara çay içməlisiniz?
- 17 Dekabr 2025
- 23:53 Dünyaca məşhur ada qırmızıya büründü - FOTO
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:30 Yapon qadın süni intellektlə evləndi - Gəlinlik geyinib toy etdi
- 23:23 Warner Bros Netflixin təklifini qəbul etdi?
- 23:12 DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA
- 22:52 "Ukrayna müflisləşmə həddinə yaxınlaşıb"
- 22:36 Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
- 22:11 Ağdamda mülki şəxs minaya düşdü
- 21:59 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 21:49 "Avroviziya-2026"da tamaşaçılar üçün qaydalar dəyişdiriləcək
- 21:31 Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
- 21:14 Övladlarını döyən ata saxlanıldı: İDDİA - YENİLƏNİB
- 20:53 Rusiya Avropaya hücum edəcək? - Putindən cavab gəldi
- 20:46 Maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı: Bakıda ağır qəza - FOTO
- 20:27 Bakıda kişi evində ölü tapıldı
- 19:48 Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO
- 19:32 "Neftçi" "Şəki"yə qalib gəldi
- 19:21 Bakıda marşrut avtobusu qadını vurdu
- 19:04 Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
- 18:46 Naxçıvanda bir sıra qurumlar birləşdi
- 18:39 Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
- 18:27 "Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - Deputat
- 18:12 Hazırda 21 yolda tıxac var - SİYAHI
- 18:04 Qış depressiyasının ağılagəzməz səbəbləri - Professor açıqladı
- 17:57 Türkiyəli məşhur aktrisa paylaşımı ilə gündəm oldu - FOTO
- 17:55 “Qarabağ” matçının hakimləri bilindi
- 17:46 "Yəhudilər olmasa idi, ABŞ olmazdı" - Netanyahudan sensasiyalı iddia
- 17:36 Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır - FOTOLAR
- 17:34 Məşhur alim evində güllələndi - FOTO
- 17:27 210 milyon il əvvələ aid qalıntılar tapıldı - İtaliyada tarixi kəşf
- 17:22 Fransada çevriliş iddiası - Makrona zəng etdilər
- 17:10 Sevgilisinin arvadı ilə üz-üzə gəldi - İş yerində təhqir etdi
- 17:05 1,5 yaşlı qızını döyərək öldürdü - Qorxunc cinayət
- 17:01 DƏHŞƏT! 19 yaşlı qız 3 illik həyat yoldaşı tərəfindən öldürüldü
- 17:00 Bir Bonus lotereyasının qalibləri bəlli oldu
- 16:53 16 yaşlı qız evdə başından vurulmuş vəziyyətdə tapıldı
- 16:35 Milli Observatoriya növbəti “Sosial Jurnalistika” təlimini keçirib - FOTOLAR
- 16:33 Bu bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilib? - RƏSMİ CAVAB
- 16:24 "Fənərbağça"nın futbolçusundan şok təhdid - "Səni öldürəcəyəm!"