Premyer Liqada XI tura bir oyunla start veriləcək

09:52 - 25 Oktyabr 2024

Premyer Liqada XI tura bir oyunla start veriləcək

Misli Premyer Liqasında XI tura bu gün bir oyunla start veriləcək.

 

Manset.az xəbər verir ki, günün yeganə matçı Tovuz şəhər stadionunda baş tutacaq.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Qərb derbisi saat 19:00-da başlayacaq.

Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.

Misli Premyer Liqası

II dövrə, XI tur

25 oktyabr

19:00. "Turan Tovuz" - "Kəpəz"

Tovuz şəhər stadionu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az