İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTOLAR
4 Dekabr 2024
22:06 - 7 Noyabr 2024
Özünü Kür çayına atdığı ehtimal olunan Neftçalanın rayon Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın hazırda Bakıdakı sığınacaqlardan birindədir.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin