"İran Trampa sui-qəsd planı hazırlayıb" - Şok iddia

01:00 - 09 Noyabr 2024

\"İran Trampa sui-qəsd planı hazırlayıb\" - Şok iddia

ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

“Ədliyyə Departamenti yeni seçilmiş Prezident Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, - baş prokuror Merrik Qarland bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.

Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az