Türkiyədə dəhşətli zəncirvari QƏZA - 11 avtomobil bir-birinə girdi

12:18 - 19 Yanvar 2026

Türkiyədə dəhşətli zəncirvari QƏZA - 11 avtomobil bir-birinə girdi

Türkiyənin Hatay şəhərində baş verən yol qəzasında 11 nəqliyyat vasitəsi bir-birinə çırpılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 11 nəfər xəsarət alıb.

Buz bağlamış yolda 4 yük maşını, 3 avtomobil, jip, pikap, furgon və mikroavtobusun qarışdığı zəncirvari yol qəzası baş verib.

Bildirişdən sonra qəza yerinə 112 təcili tibbi yardım, polis və yanğınsöndürən qrupları göndərilib.

Hadisədə xəsarət alan 11 nəfər təcili yardım avtomobilləri ilə Belen Dövlət Xəstəxanasına çatdırılıb.

Qəza iştirak edən nəqliyyat vasitələrinin yoldan qaldırılması üçün işlər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az