İsraildən Livana hava hücumu etdi

17:26 - 19 Yanvar 2026

İsraildən Livana hava hücumu etdi

İsrail hərbçiləri Livanın cənubunda bir çox nöqtəyə hava hücumları təşkil edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə, İsrail hücumları nəticəsində bəzi hədəf alınan nöqtələrdən tüstülərin qalxdığı görünür.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbçiləri, Livanın cənubundakı Ensar və Zarariye qəsəbələri arasında yerləşən ərazini, həmçinin Serire və Baruz qəsəbələrinin yaxınlığında Litani çayının yatağını hədəf alıb.

İsrail hərbçiləri eyni zamanda Basalya, Kefer Malki və Mahmudiye qəsəbələri ilə Lüveyza qəsəbəsi ətrafındakı Şetta çayının yatağını da bombardman edib.

Livan hökumət orqanları isə hələlik hücumlara və ya itkilərə dair hər hansı bir açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az