Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində fləşmob keçirilib.
Manset.az-ın məlumatına görə, ATU tələbələrinin iştirakı ilə ərsəyə gələn dinamik kompozisiyada yer kürəsini insanların qayğısı ilə yaşıllaşdırılmasına diqqət çəkilib.