Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası - FOTOLAR

18:06 - 23 Noyabr 2024

Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.

Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az