Onları 7 min manatadək cərimə gözləyir - Prezident təsdiqlədi
13 Dekabr 2024
17:20 - 30 Noyabr 2024
Sabirabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb.
Digər yaralı A. Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hər iki sakinin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin