"Onun açıqlamasını səmimi hesab etmirəm" - Ərdoğan

21:05 - 2 Dekabr 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail Prezidenti İshak Herzoqun Qəzzada atəşkəsin yaxın zamanda təmin olunacağı ilə bağlı açıqlamasını inandırıcı saymadığını bildirib.

 

Manset.az xəbər verir ki, bu haqda o, Monteneqro Prezidenti Jakov Milatoviçlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Ərdoğan İsraildən konkret tədbirlər gözlədiklərini vurğulayıb.

“O gündən bəri İsrailin verdiyi vədləri yerinə yetirdiyini görməmişik”, – Ərdoğan əlavə edib.


Xəbər xətti

26 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin