“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. “Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq.”
“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” - Kamaləddin Qafarov
15:40 - 10 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
02 Oktyabr 2026 - 10:13
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir" - Hikmət Hacıyev
02 Oktyabr 2026 - 16:37
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi - YENİLƏNDİ
02 Oktyabr 2026 - 12:45
FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
02 Oktyabr 2026 - 13:16
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
02 Oktyabr 2026 - 16:27
Anar Quliyev Ağdaşda vətəndaşları qəbul etdi - FOTOLAR
02 Oktyabr 2026 - 16:09
Onlar YAP-ın İdarə Heyətindən çıxarıldılar - SİYAHI
02 Oktyabr 2026 - 17:48
Bu il MİQ-lə işə qəbul olunmuş müəllimlərin SAYI
02 Oktyabr 2026 - 11:40
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi
02 Oktyabr 2026 - 20:10
İrəvanda atışma olub - Xəsarət alan var
02 Oktyabr 2026 - 15:47
Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM
02 Oktyabr 2026 - 15:58
İlham Əliyev “Bakı Metropoliteni” ilə bağlı Fərman imzaladı
02 Oktyabr 2026 - 16:58
Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA
Xəbər xətti
- 03 Oktyabr 2026
- 09:45 “Turan Tovuz” “Fənərbaxça”ya qarşı
- 09:33 Azərbaycan nefti cüzi ucuzlaşdı
- 09:20 Anasının üzərinə benzin tökərək yandırdı - Tovuzda dəhşət
- 08:30 Fransa polisi beş mindən çox etirazçını saxladı
- 01:00 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqladı
- 00:30 Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
- 02 Oktyabr 2026
- 23:59 Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
- 23:43 “Fənərbaxça”dan “Turan Tovuz” oyunu ilə bağlı ilk paylaşım
- 23:25 Bakıda müəmmalı taleyi olan bina - 26 ildir niyə satışa çıxarılmır?
- 23:05 Ana, həyat yoldaşı və azyaşlı övladı pəncərədən yıxıldı
- 22:57 Türkiyədə silahlı insident - 2 ölü, 5 ağır yaralı
- 22:40 “Böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır”
- 22:25 Bu ərazidə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 22:06 Təyyarə qəzaya uğradı - Ölən və yaralanan var
- 22:02 Aİ Ukraynaya maliyyə yardımı ayırdı
- 21:45 Donald Tramp İlon Maska yeni vəzifə verdi
- 21:19 G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
- 21:00 Naxçıvanda yol qəzası oldu - Bir nəfər xəsarət aldı
- 20:46 Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
- 20:30 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alındı
- 20:10 İrəvanda atışma olub - Xəsarət alan var
- 19:54 “Fənərbaxça” Bakıdadır - FOTOLAR
- 19:38 Qırğızıstanın ilk milli peyki orbitə buraxıldı
- 19:29 Fransada xaos böyüyür - Yüzlərlə lisey bağlandı
- 19:24 Səudiyyə Ərəbistanı Yəməndə husilərin mövqelərinə hava zərbələri endirdi
- 19:18 "Avropa ölkələri dizel yanacağı ehtiyatlarını bazara çıxarmağa razılaşıb" - Tramp
- 19:05 "Meta" ABŞ-da 35-40 milyard dollarlıq cərimə tələbi ilə üzləşdi
- 19:01 Belçikada bomba xəbərdarlığı - 1 700 şagird təxliyə edildi
- 18:56 "Modi Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı çox yaxşı fikirlərə malikdir" - Putin
- 18:40 "Fənərbaxça" Bakıya gəldi
- 18:26 Dövlət qulluğuna hazırlaşanlara xəbər - İmtahan tarixi açıqlandı
- 18:12 Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığın inkişafını müzakirə etdilər
- 17:59 Azərbaycan–Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirildi - FOTOLAR
- 17:55 YAP-ın İdarə Heyətinin deputat üzvləri - SİYAHI
- 17:48 Bu il MİQ-lə işə qəbul olunmuş müəllimlərin SAYI
- 17:42 "Siyasətdə emosiyalara yer yoxdur" - Prezident
- 17:35 "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" - İlham Əliyev
- 17:28 YAP-ın İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE
- 17:18 "Arsenal" "Monako"nun futbolçusu Vandersonla maraqlanır
- 17:08 Vüqar Əhmədov Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlərlə görüşdü
- 16:58 Rayonlarda şimşək çaxır, arabir yağış yağır - FAKTİKİ HAVA
- 16:48 “Hərənin arxasında, böyük bir dayı var” - İlham Əliyev
- 16:40 “Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident
- 16:37 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi - YENİLƏNDİ
- 16:30 “Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular” - Prezident
- 16:27 Anar Quliyev Ağdaşda vətəndaşları qəbul etdi - FOTOLAR
- 16:24 YAP-ın qurultayı başa çatdı
- 16:20 “Turan Tovuz” - “Fənərbaxça” oyunu üçün fiziki biletlər satışa çıxarıldı
- 16:16 Üç nəfər YAP-ın Təftiş Komissiyasından çıxarıldı - ADLAR
- 16:13 Bakıdan Tbilisiyə əlavə reyslərə biletlər bu gündən satışdadır - FOTO
- 16:11 YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi