Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi və konservasiyası üzrə layihə həyata keçirilir.
Manset.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə Britaniya Şurasının (British Council) birgə layihəsi çərçivəsində 3-7 fevral tarixlərində gerçəkləşən təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılır.
Rəngkarlıq üzrə müstəqil bərpaçı və məsləhətçi kimi fəaliyyət göstərən R.Fezerstoun 2001–2008-ci illərdə Vindzor Sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasına rəhbərlik edib. 2008–2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər olub, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb.
Fevralın 3-də Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində sənət əsərlərinin konservasiyası sahəsində öz fəaliyyətinin əks olunduğu təqdimatla çıxış edib. O, həmçinin layihənin əsas məqsədi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Britaniya Şurasının Azərbaycan üzrə nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Daha sonra, layihənin proqramına uyğun olaraq 3-4 fevral tarixlərində Britaniya kolleksiyasının elmi tədqiqatı, qorunub saxlanılması və mövcud vəziyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma aparılıb.
Layihə çərçivəsində 5-6 fevral tarixlərində Milli İncəsənət Muzeyinin Elmi-bərpa, Elmi-tədqiqat və Fond şöbələrinin əməkdaşları üçün qabaqcıl konservasiya üsulları, uzunmüddətli qorunma və davamlılığın təmin olunmasına həsr edilən təlim sessiyası keçiriləcək.
Layihənin sonuncu günündə – fevralın 7-də isə Britaniya kolleksiyasının sərgiyə hazırlanması üçün planın işlənib hazırlanması üzrə təklif və tövsiyələr veriləcək, eləcə də layihənin yekun nəticələri müzakirə olunacaq.
Beynəlxalq ekspertlər Mədəniyyət Nazirliyinin təşkil etdiyi təlimlərdə - FOTOLAR
11:08 - 06 Fevral 2025














Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Anar Nağılbazın oğlundan atası ilə paylaşım - VİDEO

Onlara Prezident mükafatları verildi - SƏRƏNCAM

Qusar və Xaçmazda Heydər Əliyevlə bağlı flaşmob - VİDEO

Tolik ata oldu - FOTO/VİDEO

Xatirə sənətdən gedir

Mərakeş Krallığının şahzadəsi Beynəlxalq Muğam Mərkəzində - FOTOLAR

Oksana Şəhriyarla bağlı sualı cavablandırdı - VİDEO

Mərakeş Şahzadəsi BMM-də - FOTOLAR

Xumar Qədimovanın geyimi tənqid edildi- VİDEO

“Rabat xalça sənəti” immersiv sərgisi açıldı - FOTOLAR

“İncəsənətdə müəllim keyfiyyəti” - Dəyirmi masa
Xəbər xətti
- 09 May 2025
- 09:31 “Çelsi” və “Betis” finala yüksəldi
- 09:19 “BakıKart”da problem yarandı
- 09:05 Anqola Prezidenti İlham Əliyevə zəng etdi
- 09:00 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
- 08:00 Bu ayaqqabılar ziyanlıdır
- 07:30 Gördüyümüz yuxu yaddaşımıza necə təsir edir?
- 01:04 Papa ilk çıxışını etdi - VİDEO
- 01:00 "Tesla" telefonu nə vaxt buraxılacaq?
- 00:56 Prezidentdən Qələbə Günü PAYLAŞIMI
- 00:30 Siqareti tərgitməyin üç yolu - Araşdırma
- 00:02 İsrailin müstəqilliyinin 77-ci ili - Ziyafət verildi
- 08 May 2025
- 23:52 Ceyhun Bayramov Hindistanın hücumlarını pislədi
- 23:42 Videodakı uşaq danışdı - FOTO
- 23:39 Zelenski Trampa zəng etdi
- 23:26 SOCAR-da yüksək vəzifəyə TƏYİNAT
- 23:19 Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək
- 23:09 Almaniya fövqəladə vəziyyət elan edəcək
- 22:59 Güləşçilərimiz beynəlxalq turniri 6 medalla başa vurdular
- 22:55 "Bitcoin" 100 min dolları keçdi
- 22:42 Fransa Merts haqqında SƏRT DANIŞDI
- 22:38 BƏƏ prezidenti İlham Əliyevə zəng etdi
- 22:36 Tramp yeni Papanı təbrik etdi
- 22:28 126 nəfər toyuq ətindən zəhərləndi
- 22:19 Qazaxda minik avtomobili daşa çırpıldı
- 22:07 "Çin bizimlə razılaşmaq istəyir" - Tramp
- 21:59 iPhone 17-də sürpriz
- 21:55 Küçə mühitində olan uşaqlarla iş layihəsi - Mühüm konfrans keçirildi
- 21:38 Yeni Papa kimdir?
- 21:29 Gəncədə elmi-praktiki konfrans keçirildi - FOTOLAR
- 21:14 "NATO-Gürcüstan təlimi 2025" başa çatdı
- 20:59 Cahit Bağçıya yüksək vəzifə VERİLDİ
- 20:49 Bekhem və Nevill İngiltərə klubunu aldılar
- 20:37 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 20:24 Yeni Papa seçildi
- 20:15 "Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır"
- 20:06 Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşdü
- 19:59 Anar Nağılbazın oğlundan atası ilə paylaşım - VİDEO
- 19:42 İki nəfər pomidordan zəhərləndi
- 19:30 Qazi vəfat etdi - FOTO
- 19:19 Ərdoğandan Pakistan və Hindistana ÇAĞIRIŞ
- 19:07 İlqar Mirzəyevin anım mərasimi keçirildi
- 18:59 Putinlə Si Cinpin 7 saatdan çox danışdı
- 18:48 Həcc ziyarətinin vaxtı AÇIQLANDI
- 18:39 Bakıda 21 yolda tıxac var
- 18:28 "Toyota" ciddi itkilərlə üzləşdi
- 18:13 Səhərlər bunu içən gec qocalır - Ömrü uzadır
- 17:55 Məktəblərlə bağlı YENİLİK
- 17:45 Yaponiyada qayıq batdı - 2 nəfər öldü
- 17:35 DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
- 17:23 PSJ bunu bacaran ilk Fransa klubu oldu
- 17:13 Hindistana məxsus 25 PUA zərərsizləşdirildi - Pakistan

