Şolts Əl-Şaranı Almaniyaya dəvət etdi

17:40 - 08 Fevral 2025

Şolts Əl-Şaranı Almaniyaya dəvət etdi

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraya Almaniyaya səfər etmək dəvəti gəlib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verkir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsla ötən gün gerçəkləşən telefon danışığından sonra Əl-Şara özü bildirib.

Olaf Şolts həmçinin Əl-Şaraya Almaniyanın Suriyanın yenidən qurulmasına dəstək verməyə hazır olduğunu da bildirib.

Bundan əvvəl Suriya hakimiyyəti əl-Şaranın Fransaya səfər etmək üçün dəvət aldığını bildirmişdi.

Yanvarın 3-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə getmiş və Əhməd əl-Şara ilə görüşmüşdü.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv