İlham Əliyev və birinci xanım Ağdamda açılışda iştirak etdi
27 Mart 2025
15:25 - 8 Mart 2025
"Alfred" tropik qasırğasına hazırlıq işlərində yardım üçün göndərilən Avstraliya hərbçiləri Brisben şəhərindən 220 km məsafədə qəzaya düşüb, 36 nəfər xəsarət alıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
"Avstraliya Silahlı Qüvvələrinin hərbçiləri iki hərbi yük maşınının toqquşması nəticəsində xəsarət alıblar. Hadisə yerində təcili tibbi yardım və təcili xidmətlərin əməkdaşları, həmçinin xüsusi xilasetmə bölmələri işləyir", - məlumatda qeyd edilib.
Bildirilib ki, qəza nəticəsində azı 36 hərbçi xəsarət alıb, onlardan 8-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin