Suriya ordusu 2 əyalətdə yolları bağladı

18:05 - 8 Mart 2025

Suriya ordusu 2 əyalətdə yolları bağladı

Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri sahilyanı Tartus və Latakiya əyalətlərinə gedən yolları bağlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Onun Suriya Müdafiə Nazirliyindəki mənbəsinin sözlərinə görə, bu qərar hərbçilər əvvəlki rejimin tərəfdarlarının fəaliyyət göstərdiyi ərazilərin əksəriyyətinə nəzarəti bərpa etdikdən sonra verilib.

Məlumata görə, yol blokadaları yerlərdə mümkün pozuntuların qarşısını almaq və bölgələrdə vəziyyəti sabitləşdirmək məqsədi daşıyır.


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin