Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.
Manset.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən "Yonhap" məlumat yayıb.
Martın 10-da ABŞ və Koreya Respublikası “Azadlıq Qalxanı” adlı genişmiqyaslı təlimlərə başlayıb. Şimali Koreya Xarici İşlər Nazirliyi manevrləri Koreya yarımadasında “atmosferi qızışdıran aqressiv müharibənin məşqi” adlandırıb. Pxenyan xəbərdarlıq edib ki, təlimlər ABŞ-nin təhlükəsizliyinə mənfi təsir göstərəcək. Buna cavab olaraq Şimali Koreya regionda sülhü möhkəmləndirmək üçün səylərini artıracaq.
Cənubi Koreya ordusu ballistik raketin növünü hələ açıqlamayıb.