Bu gün Misli Premyer Liqasında 34-cü tur başlayacaq.
Manset.az xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. 5-ci pillədəki "Sabah" 7-ci sradakı "Şamaxı"nı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.
Bu komandalar arasında əvvəlki 3 dövrənin oyunlarında 2 dəfə "Şamaxı" qalib gəlib (3:1, 1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (2:2).
Qeyd edək ki, Misli Premyer Liqasında "Qarabağ" artıq çempionluğu, "Zirə" isə 2-ciliyi təmin edib.
9 may (cümə)
19:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
“Bank Respublika Arena”
10 may (şənbə)
17:00. “Səbail” – “Zirə”
19:30. “Turan Tovuz” – “Neftçi”
11 may (bazar)
18:00. “Kəpəz” – “Sumqayıt”
20:00. “Qarabağ”– “Araz-Naxçıvan”