Buraxılış imtahanlarının nəticələri necə olacaq? - AÇIQLAMA

19:25 - 10 Mart 2025

Buraxılış imtahanlarının nəticələri necə olacaq? - AÇIQLAMA

“Ötən gün keçirilən imtahanda riyaziyyat sualları əvvəlki imtahandan bir qədər çətin olub. Lakin ümumilikdə suallar abituriyentlər üçün cavablandırılması əlçatan olub”.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, 2 və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanları cavablandırılma baxımından abituriyentlər üçün olduqca münasib hesab etmək olar:

“İmtahanda qəliz və ya qalmaqallı mübahisəyə səbəb olan suallar olmayıb. Sadəcə bəzi imtahan binalarında, xüsusilə də zallarda dinləmə mətninin səsləndirilməsi ilə bağlı texniki problemlərin yaşandığı qeyd edilib. Bununla belə, 2023-cü ildə müşahidə olunan ajiotaj bu dəfə yaranmayıb”.

E.Əfəndinin sözlərinə görə, 2 mart və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə daha yaxşı olacağı gözlənilir. Proqnozlara görə, yüksək nəticə göstərən abituriyentlərin sayı bu il daha çox ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az