Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Sadır Japarov, Emomali Rahmon və Şavkat Mirziyoyev Novruz bayramını birlikdə qeyd edəcəklər.
Manset.az Sputnik Qırğızıstan-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan və Tacikistan liderləri arasında keçirilən danışıqlar fonunda məlum olub.
Bildirilib ki, üç ölkə lideri martın 31-də Tacikistanın Xücənd şəhərində baş tutacaq görüşdə Novruzu birgə qeyd edəcəklər.
Sadır Japarovun sözlərinə görə, Novruz bayramının birlikdə qeyd edilməsi Mərkəzi Asiya xalqlarının birliyini və sülhü simvolizə edən xoş ənənə olacaq.