Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınlarında ölənlərin sayı 15-ə çatıb.
Manset.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Ölkədə 15 min hektardan çox ərazini əhatə edən meşə yanğınları ilə bağlı səlahiyyətlilər açıqlama verib.
Səlahiyyətlilər ölkənin cənub-şərqində başlayan meşə yanğınlarında ölənlərin sayının 15-ə yüksəldiyi barədə məlumat paylaşıb. Rəsmilər yanğında Uiseong bölgəsindəki tarixi məbədin də zərər gördüyünü, məbədin içindəki qiymətli əşyaların müxtəlif bölgələrə aparıldığını bildirib.
Məlumata görə, minlərlə şəxsi heyət yanğınlarla mübarizəni davam etdirir.