Şərifovun şirkətinin 1,3 milyon borcu var - Direktora "stop" qoyuldu

15:57 - 02 Aprel 2025

Şərifovun şirkətinin 1,3 milyon borcu var - Direktora \"stop\" qoyuldu

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən "Evrascon" şirkətinin dövlətə olan borcu yenidən artıb. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb. 

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az