"Qəbələ" yenidən Premyer Liqaya yüksəldi

19:30 - 04 Aprel 2025

\"Qəbələ\" yenidən Premyer Liqaya yüksəldi

Bu gün Birinci Liqada XX tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

"Baku Sportinq" Binə qəsəbə stadionunda "Qəbələ"ni qonaq edib. "Qırmızı-qaralar" darmadağınla qalib gələrək, Premyer Liqaya vəsiqəni təmin ediblər.

"İmişli" isə Şamaxı OİK stadionunda MOİK-i qəbul edib. Meydan sahibləri qələbəyə seviniblər.

Qeyd edək ki, hər iki qarşılaşma saat 16:00-da start götürüb.

Birinci Liqa

XX tur

16:00. "Baku Sportinq" - "Qəbələ" 0:5

16:00. "İmişli" - MOİK 2:0


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv