Maqsud Mahmudovun Vasif Məhərrəmli ilə nə əlaqəsi olub? - AÇIQLAMA

15:40 - 26 Yanvar 2022

Maqsud Mahmudovun Vasif Məhərrəmli ilə nə əlaqəsi olub? - AÇIQLAMA

Ukraynada saxlanılaraq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərərçəkənlər arasında əməkdar artist Vasif Məhərrəmli də var.

 

Manset.az olay-a istinadən xəbər verir ki, M.Mahmudov əməkdar artist V. Məhərrəmliyə qarşı da dələduzluq edib.

Bununla bağlı Vasif Məhərrəmli ilə əlaqə saxladıq.

Müğənni məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi: "Məhkəmə predmeti olduğu üçün bu barədə danışmaq istəmirəm". 

Qeyd edək ki, Maqsud Mahmudov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham olunur. İş üzrə 90 nəfər zərərçəkmiş qismində tanınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv