Oksanadan ŞOK AÇIQLAMA: “Şəhriyarla boşanmışıq” - FOTO

10:08 - 7 Sentyabr 2022

Oksanadan ŞOK AÇIQLAMA: “Şəhriyarla boşanmışıq” - FOTO

Rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.

 

Manset.az xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. O, hələ bir il əvvəl boşandıqlarını qeyd edib:

“Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çoxdur dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allaha şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. Bir il öncə qərara gəldik ki, kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun”.

Xatırladaq ki, cütlük ötən il evli olduğunu açıqlamışdı.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin