Tanınmış aktyor xərçəngə qalib gəldi - FOTO

22:07 - 7 Sentyabr 2022

Tanınmış aktyor xərçəngə qalib gəldi - FOTO

Türkiyənin “Arka Sokaklar” serialında canlandırdığı “Volkan komissar” obrazı ilə yadda qalan, xərçəng xəstəliyinə tutularaq pərəstişkarlarını kədərləndirən Boğaç Aksoy sağaldığını bildirib.

Manset.az xəbər verir ki, aktyor bu haqda sosial media hesabından paylaşım edib.

“Əziz dostlar, bu gün həyatımın ən həyəcanlı və mənalı günü idi… Uzun müddət davam edən müalicə prosesindən sonra nəhayət ki, həkimimdən uzun gözlədiyim “sağaldın” sözünü eşitdim. Müayinələrim vaxtaşırı davam edəcək, amma dərman günlərim bitdi. Bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu mənim üçün bir dirçəliş hekayəsi idi. Allah mübarizə aparan hər kəsə və ailələrinə güc, qüvvət, səbr və şəfa versin. Yaxşı ki, varsız. Geri qayıdıram!”, - deyə paylaşımda qeyd olunub.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin