Vilayət Eyvazov polkovniki nöqsanlarına görə vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

12:45 - 30 Dekabr 2022

Vilayət Eyvazov polkovniki nöqsanlarına görə vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

Daxili İşlər Orqanlarında növbəti kadr dəyişikliyi baş tutub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət İbayev tutduğu vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Elşən Zamanov Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin edilib. Rüfət İbayevin işində yol verdiyi nöqsanlarına görə vəzifəsindən azad olunduğu bildirilib.

 

Qeyd edək ki, R. İbayev bir müddət bundan əvvəl Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi təyin edilmişdi.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az