Biləsuvar rayon Çaylı kənd qəbirstanlığının yanında yol nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, avtomobil idarəetməni itirərək dərədən aşağı düşüb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.