Dünən Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında baş verən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, terror təşkilatının sosial media hesabında paylaşımında dünən Xarici İşlər Nazirliyinin qarşısında baş verən partlayışın İŞİD-çilər tərəfindən təşkil edildiyi bildirilib.
Qeyd edək ki, dünən Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında şiddətli partlayış olub və 5 mülki vətəndaş həyatını itirib.
Manşet.az