Bu gün Misli Premyer Liqası, XIX turu çərçivəsində növbəti oyun baş tutub.
Manset.az xəbər verir ki, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub.
Tovuz şəhər stadionunda 14:00-da başlayan matç "Qarabağ"ın 3-2 hesablı çətin əldə olunan qələbəsi ilə yekunlaşıb.
İlk olaraq hesabı 10-cu dəqiqədə "köhlən atlar"ın gəng hücumçusu Musa Qurbanlı açıb. Daha sonra 23-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Runi Eva, 27-də Ramil Şeydayev, 85-də Ehtiram Şahverdiyev hərəyə bir qolla fərqlənərək hesabı bərabərləşdiriblər"Qarabağ"ın qələbə qolunu isə matçın sonlarına doğru 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasına 53 xalla "Qarabağ" liderlik edir. Bir oyun az keçirən "Sabah" 43 xalla ikinci yerdədir.