Paris Olimpiadasında Rusiya və Belarus idmançılarına yaşıl işıq - Yalnız onlardan başqa...

16:11 - 26 Yanvar 2023

Paris Olimpiadasında Rusiya və Belarus idmançılarına yaşıl işıq - Yalnız onlardan başqa...

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında "qərəzsiz" iştirak edə biləcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu bəyanatın çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşündən sonra səsləndirilməsi də diqqət çəkib.

Zelenski Makronla görüşdən sonra “Mən xüsusilə vurğuladım ki, Rusiya idmançıları Paris Olimpiadasında iştirak etməməlidir” - demişdi.

BOK idarə heyətinin iclasından sonra yayımlanan bəyanatda "bütün idmançıların hüquqlarına hörmət və ayrı-seçkiliyə yol verilməməsi" çağırışı edilib.

İdmançıların yarışda iştirakının dövlətlər tərəfindən müəyyən edilməməli olduğu qeyd edilərək, Rusiya və Belarus idmançılarının müəyyən şərtləri yerinə yetirdikləri təqdirdə yarışlarda iştirak edə biləcəkləri bildirilib.

Buna uyğun olaraq, Rusiya və Belarus idmançılarının yarışlarda “öz dövlətini və ya ölkəsində heç bir qurumu təmsil etməyən qərəzsiz idmançılar” kimi iştirak edə biləcəyi vurğulanıb.

Digər tərəfdən, BOK Ukraynadakı müharibəyə dəstək verən rusiyalı idmançıların yarışlara buraxılmayacağını da bəyan edib.

Fransanın paytaxtı Parisdə Olimpiadanın 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az