Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits, Talibandan əfqan qadınlar üçün əlavə icazə istədiklərini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qriffits yerli və xarici qeyri-hökumət təşkilatlarında işləmək də daxil olmaqla əfqan qız və qadınlara tətbiq edilən məhdudiyyətlərə toxunaraq, bu müddəalardan narahat olduqlarını bildirib.
Bu məhdudiyyətlər indi qaldırılmasa belə, istisnaların humanitar fəaliyyətlərin bütün aspektlərini əhatə edəcək şəkildə genişləndirilməsi lazım olduğunu ifadə edən Qriffits, bunların da Taliban rəsmiləri ilə danışıqların gündəmində olduğunu vurğulayıb.
O, Taliban rəsmilərinin nümayəndə heyətindən səbirli olmasını istədiklərini və mövzu ilə bağlı bələdçi hazırlandığını açıqlayıb.
Humanitar yardımla məşğul olan sektorlara toxunan Qriffits, qadınların bu sahələrdə nə qədər vacib işçi olduqlarına dair açıq bir mesaj verdiyini düşündüyünü qeyd edib
Manşet.az