Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - Sərəncam
19 Sentyabr 2024
14:26 - 22 Fevral 2023
Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya xarici işlər naziri Annalena Berbok açıqlamasında İranda alman əsilli iranlı Cəmşid Şarmehdin edam cəzasını tənqid edərək, "Almaniya hökuməti İran səfirliyinin 2 üzvünü persona non-qrata elan etdi və onlara Almaniyanı tərk etmələri üçün qısa müddət verdi" – deyib.
Berbok İran səfirliyinin müvəqqəti işlər vəkilinin Şarməhdə qarşı edam hökmündən sonra nazirliyə çağırıldığını bildirib və deyib:
"Ona bildirilib ki, biz Almaniya vətəndaşının hüquqlarının kobud şəkildə pozulmasını qəbul etmirik. Nəticədə Almaniya hökuməti İran səfirliyinin 2 əməkdaşını persona non-qrata elan edib və onlara Almaniyanı tərk etmək üçün qısa müddət verib. Biz İranı Cəmşid Şarməhdin ölüm hökmünü ləğv etməyə və ona qanunun aliliyinə uyğun olaraq ədalətli apellyasiya prosesini təmin etməyə çağırırıq”.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin