Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra Heydər Əliyev adına Sarayda böyük konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq.
Manset.az xəbər verir ki, sənətkarın “Belə ayrılmayaydıq” adlı konserti 20 fevral tarixində baş tutacaq.
20 ildən sonra keçiriləcək saray konsertində Nazpəri Dostəliyevanın sevənlərini hansı sürprizlər gözləyir? Gecədə hansı xüsusi qonaqlar və səhnə təqdimatları olacaq?
Artıq konsert proqramı ilə bağlı ilk fotosessiyasını təqdim edən sənətçinin səhnə hazırlıqları da maraqla gözlənilir.
Bütün sürprizlər isə konsert gecəsində bəlli olacaq.