Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində iməcilik keçirilidi - FOTOLAR

13:59 - 14 Mart 2023

Daşkəsəndə “Heydər Əliyev İli” çərçivəsində iməcilik keçirilidi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq martın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazində iməcilik keçirilib.

 

Manset.az xəbər verir ki, iməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilatlarının kollektivləri, çoxsaylı YAP fəalları və  sakinlər böyük həvəslə fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, yaşıllığa qulluq göstərilib, səliqə-sahman yaradılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev keçirilən iməciliklə bağlı deyib: “Hər bir azərbaycanlı üçün tükənməz qürur mənbəyi olan Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan müxtəlif tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda dərin ehtiram hissi ilə keçirilir. Bu tədbirlərin əsas məqsədi gənclərə və gələcək nəsillərə bugünkü müasir Azərbaycanın varlığının birbaşa Ulu Öndərin adı ilə bağlı olduğunu çatdırmaqdır. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Daşkəsən rayonunda da ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin