NASA-nın yeni skafandrı belə olacaq - FOTO

11:36 - 17 Mart 2023

NASA-nın yeni skafandrı belə olacaq - FOTO

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), planlaşdırılan Artemis III Ay missiyası çərçivəsində, Apollonda istifadə edilən kostyumlardan daha müasir, elastik və qadınlara daha uyğun olduğu ifadə edilən skafandrı təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA bildirib ki, planlaşdırılmış Artemis III Ay missiyası çərçivəsində kosmonavtlar Aya enərkən, mərkəzi ABŞ-ın Texas ştatında yerləşən kosmik infrastruktur inkişaf etdiricisi Axiom Space şirkətinin təqdim etdiyi gələcək nəsil skafandrları geyinəcəklər. NASA-nın Artemis III missiyasına görə müasir kostyumlar hazırlamaq üçün sözügedən şirkəti seçdiyi və kostyumun ilk prototipinin dünən Hyustondakı Kosmos Mərkəzində keçirilən tədbirdə təqdim edildiyi bildirilib.

Axiom Extravehicular Mobility Unit (AxEMU) və ya AxEMU adlanan skafandr NASA-nın skafandr prototip inkişafları üzərində qurulur və qabaqcıl texnologiyanı, gücləndirilmiş hərəkətliliyi və Ayda təhlükələrə qarşı əlavə qorunmanı özündə birləşdirir. Ayın tədqiqi üçün lazım olan hərəkət diapazonuna və elastikliyə malik olduğu deyilən kostyum, kişi və qadın ekipaj üzvləri ilə uyğunlaşacaq.

Şirkət Artemis missiyasından əvvəl kostyumu kosmosa bənzər bir mühitdə sınaqdan keçirəcək.

Manşet.az



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin