Azərbaycan mətbəxi Avropada nümayiş olundu - FOTOLAR

16:40 - 23 Mart 2023

Azərbaycan mətbəxi Avropada nümayiş olundu - FOTOLAR

Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub.

 

Manset.az “Report”un Şərqi Avropa bürosuna istinadən xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib.

Şura sədri Fərid Cəfərov bildirib ki, kulinar sərgidə polyaklarla yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən çox azərbaycanlı qatılıb. Martın 20-dan başlayan sərgi iki gün müddətində Polşanın bir neçə şəhərində davam edib.

Fərid Cəfərovun sözlərinə görə, sərgidə Şura üzvləri qonaqlara Azərbaycanın mədəni tarixinin müxtəlif nümunələri barədə məlumatlar veriblər, broşürlər paylayıblar.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin