Dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olan azərbaycanlı şagirdlər Dəniz və Fidan hədəflərinə qədər olan yoldan danışıblar.
Manset.az xəbər verir ki, Təhsil TV-yə danışan şagirdlər kiçik yaşlarından olimpiadalara qatıldıqlarını, özlərini inkişaf etdirmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini qeyd ediblər.
Xatırladaq ki, Fidan Qarayeva və Dəniz Səttarlı tam təqaüdlə MİT-in bakalavr səviyyəsinə qəbul olublar.
Onların müsahibəsini təqdim edirik: