Tahir Gözəl "Qalatasaray"ın prezidenti ilə görüşdü - FOTO

19:28 - 26 Mart 2023

Tahir Gözəl

"Qarabağ”ın prezidenti Tahir Gözəl "Qalatasaray”ın rəhbəri Dursun Özbeklə görüşüb. 

 

Manset.az xəbər verir ki, görüş "Qalatasaray"ın Bakıda qaldığı oteldə baş tutub.  

Ağdam klubunun rəhbəri qonağı salamlayaraq, Bakıya gəldikləri üçün təşəkkür edib. O, zəlzələnin dağıntılarının tezliklə aradan qaldırılacağına ümidvar olduğunu deyib.

İstanbul klubunun prezidenti əla təşkilatçılığa görə, "Qarabağ"a təşəkkür edib. O, Bakıda möhtəşəm qarşılandıqlarını bildirib. Daha sonra klub prezidentləri "Qalatasaray” azarkeşi olan "Qarabağ” qaziləri ilə görüşüblər.



Xəbər xətti

22 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin