Polad Bülbüloğlu Lavrovun müavini ilə görüşdü

23:21 - 31 Mart 2023

Polad Bülbüloğlu Lavrovun müavini ilə görüşdü

Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Manset.az-a bildirilib ki, kitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulub.


Xəbər xətti

11 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin