BMT atəşkəsi məmnuniyyətlə qarşıladı

11:46 - 15 May 2023

BMT atəşkəsi məmnuniyyətlə qarşıladı

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İsrail ordusunun mayın 9-da blokadada olan Qəzza zolağına hücumlarından sonra atəşkəs qərarını alqışlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş katibin sözçüsü tərəfindən edilən açıqlamada tərəflər arasında atəşkəsdən məmnunluq ifadə edilib və bütün tərəflərə atəşkəsə əməl etməyə çağırış edilib.

Baş katib BMT, beynəlxalq hüquq və əvvəlki razılaşmalar əsasında iki dövlət həllini dəstəklədiyini bir daha bəyan edərək, yalnız danışıqlar yolu ilə dayanıqlı siyasi həllin davamlı sülhü təmin edəcəyini qeyd edib.

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin